Florist.az – Təbəssüm bağışlamaq üçün
English Azəri Русский



Bölmələr
 
Xəbərlər

Florist.az Proyekti haqqında
Florist.az Proyekti haqqında

"florist.az" layihəsi, ölkəmizdə tamamilə yeni bir layihədir. Məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli gülləri və hədiyyələri çatdırmaqla, onların mallarımıza olan tələbatını ödəməkdir. Saytımızın qonaqlarını qarşıda bir çox yeniliklər gözləyir. Bizim proyektin şüarı, "Təbəssüm bağışlamaq üçün"-dür. Biz bu şüarı yerinə yetirmək üçün yüksək səy göstəririk və bundan sonra da göstərəcəyik.  Proyektimiz fəaliyyətə başladığı zamandan bəri bir çox istifadəçilərimizə rahatlıq və təbəssüm bağışlamışdır.

Ölkəmizdə yüksək texnologiyaların inkişafı və müasirlik tendensiyaları bunu etmək üçün bizə bir çox imkanlar açmışdır. Ümid edirik ki, saytımız müştərilərimizin qəlbini çox qisa müddətə fəth edib onun ən dərin guşələrində özünə yer tapacaq.

 Saytımızın istifadəçiləri özlərinə, dostlarına, ailə üzvlərinə, sevgililərinə və qohumlarına gül və hədiyyələri günün istənilən anında internet vastəsilə sifariş edə bilərlər. Saytımızda olan seçim bolluğu hər bir zövqə və şəxsə uyğun hədiyyə seçməyi olduqca yüngülləşdirir. Artıq dükanların önündə növbədə durmağa ehtiyac yoxdur. Artıq, biz sizə zamanınızı dəyərləndirmək imkanı vermək üçün səylə çalışmağa hazırıq.

Sizə və yenı saytımıza uğurlar arzu edirik!


© 2010 Florist.az – Təbəssüm bağışlamaq üçün Facebook     Instagram